Binəqədi rayon icra hakimiyyətinin başçısının müavini Qəzənfər Novruzov noyabrın 10-da Naxçıvana qaçıb. Bu barədə yayılan məlumatda bildirilib ki, Qəzənfər Novruzovun Naxçıvana qaçması onun həbsinə hazırlıq getməsilə bağlıdır. Lakin ona həbs təhlükəsi yaranmasının səbəbini dəqiqləşdirə bilmədik. Məlumat üçün deyək ki, Qəzənfər Novrozov Naxçıvan şəhər polis Idarəsinin rəisi Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov isə Vasif Talıbovun bacısının əridir(Azadliq).