Noyabrın 6-sı axşam saatlarında Bakıda daha bir sərnişin avtobusu qəzaya uğrayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən ANS-ə verilən məlumata görə, metronun ?20 Yanvar? stansiyasının yaxınlığında, Tbilisi prospektində 170 saylı ?Daewoo? markalı sərnişin avtobusu aşıb. Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. 7 nəfər xəstəxanaya yerləşdirilib. Qəzaya səbəb sürücünün avtobusun idarəetməsini itirməsi olub.