Milli Məclisin 20 üzvü və komitə sədrləri REAL Hərəkatının sədri İlqar Məmmədovu məhkəməyə verirlər. Mia.az AzNews.az-a istindən xəbər verir ki, buna səbəb İ.Məmmədovun MM-dəki deputatlar barəsində şəxsiyyəti aşağılayan ifadələri olub. Qeyd edək ki, İlqar Məmmədov öz bloqunda parlamenti təhqir edən status yazıb: "Mən Azərbaycan parlamentini bu yazı ilə təhqir edirəm. Yaxşı edirəm. Çünki Azərbaycan parlamenti böyük əksəriyyəti fırıldaq adamların toplaşdığı bir zooparkdır. Orta əsrlərdə hər şah öz yanında bir zoopark saxlayarmış, bu da o növdəndir?. Bəzi iddialara görə, MM üzvlərinə mütəşəkkil şəkildə məhkəməyə hazırlaşmağı spiker Oqtay Əsədov tövsiyyə edib. Son xəbərə görə, məhkəməyə üz tutmaq istəyənlərin arasında Hadi Rəcəbli, Eldar İbrahimov, Hüseynbala Mirələmov, Adil Əliyev, Xanhüseyn Kazımlının da adı var.