Aksiyada 30-ya yaxın etirazçı saxlanılıb
İctimai Palatanın qərarına əsasən bu gün parlamentin qarşısında piket keçirməyə cəhd edilib. Piketdə Müsavat, AXCP və digər təşkilatların üzvləri iştirak ediblər. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, piketdə təkcə qanuna dəyişikliklə bağlı etiraz şüarları yox, eyni zamanda korrupsiyaya rüşvətxorluğa son şüarları da səsləndirilib:
?Piket iştirakçıları polis və mülki şəxslər tərəfindən ciddi təzyiqə məzruz qalıb. 15 nəfər saxlanılıb. Onlardan Müsavat Partiyası rayon təşkilatlarının üzvləri Mustafa Hacıbəyli, Eynulla Balaxanlı, Fərahim Abbasov, Elçin Abdullayevi var. Hazırda həbs olunanların sayını dəqiqləşdirirk. Onlar Yasamal rayon polis idarəsinə aparılıblar. Maraqlı cəhət ondan ibarətdir ki, onların telefonları da əllərindən alınıb. Onlarla əlaqə saxlamaq mümkün deyil?(qafqazinfo).
AXCP mərtbuat xidmətindən verilən məlumata görə hazırda polis bölmələrində 20-dən artıq partiya üzvü saxlanılır. Bu saatlara həbs olanların cəbhəçilərin siyahısı
Mirqubad Kərimov
Renad Nəcəfov
Tahir Mirzəliyev
İlham Hüsyen
Əkrəm Babayev
Rüfət Əliyev
Elşən Babayev
Namiq Sərdarov
Eşlən Abbasov
Ülvi Quliyev
Məmməd İbrahim
Təzəxan Mirələmli
Yusif Eminsoy
Adil Nərimanov
Hüseyn Mehdixanov
Vüsal Bayramov
AXCP sədrinin müavini Gözəl Baramlı, partiyanın ali Məclisinin üzvləri Zəfirə Mədyəddinova, Nüşabə Atakişiyeva, AXCP Yevlax şöbəsinin sədri Şəkrə İskəndərlini də polis parlament önündə saxlasa da onları Post Patrul Xidməti maşınları ilə aparıb kənarda düşürmüşdür. Həsblər Milli Məclis önünə yürüş edərkən baş verib. Avtobusla palmanet önünə qrup çəkilində gedən aksiyaçıları polis 3 dəfə saxlayaraq ?6? saylı marşutudan düşürüb.
Hər dəfə onlar növbəti avtobusu minməli olublar. Nəhayət sonuncu düşürmə zamanı (texniki universitetinin önündə) cəbhəçilər parlamentə sarı yürüşə başlayıblar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08