Prezident İlham Əliyev Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Namiq Rəşid oğlu Abbasovun vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Dövlət başçısı, həmçinin H.Quliyevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi barədə sərəncam verib.