YAP-ın tədbirində Tagı Əhmədovla aparat rəhbəri dilləzdi
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Dövlət Sosial Müdafiə Fondu (DSMF) Mərkəzi Aparat rəhbəri Əjdər Cəbiyevi danlayıb. Olay DSMF-də keçirilən tədbir zamanı baş verib.
Belə ki, Tağı Əhmədov YAP-ın Yasamal rayon təşkilatının sədr müavini, Əjdər Cəbiyev isə DSMF-nin aparat rəhbəri və bu qurum üzrə YAP-ın sədridir.
Tağı Əhmədov DSMF-də keçirilən tədbir zamanı metropoliten işçiləri olan YAP üzvlərini tərifləyib, Əjdər Cəbiyevi və onun rəhbərliyi altında çalışan YAP-çıları tənqid edib. O deyib ki, DSMF-nin Aparatında 226 nəfər çalışır, amma onlardan cəmi 56 nəfəri bu partiyanın üzvüdür
Əjdər Cəbiyev bu ittihamla razılaşmayıb: ?226 nəfər işçimizdən 130 nəfəri YAP-ün üzvüdür. Sadəcə, yalnız 56 nəfər Yasamal rayon təşkilatının qeydiyyatına yazılıb. Qalan üzvlər əvvəlki rayon təşkilatlarında qalıblar?.
Tağı Əhmədov deyib ki, digər YAP-çıları da Yasamal rayon təşkilatına keçirmək lazımdır.
Əjdər Cəbiyev Tağı Əhmədova cavab qaytarıb: ?Bütün şəhəri Yasamal təşkilatına gətirməyəcəyik ki??
Tağı Əhmədov: ?Mən sənə demirəm ki, bütün şəhəri gətir?.
Tədbirdə iştirak edən YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və DSMF sədri Səlim Müslümov mübahisəni yatırıb.
Milliyyet.az
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08