Müsavat Partiyasının üzvü, hazırda həbsə olan gənc fəal Nigar Yaqublunun adı siyasi məhbus siyahısına salınıb. Bu xəbəri N.Yaqublunun atası Tofiq Yaqublu Facebookda məlumat yayıb. O, bildirib ki, Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus məlumat vedib ki, Kristofer Ştrasser Nigar Yaqublunun adını siyasi məhbuslar siyahısına salıb: "Bir az bundan əvvəl Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus məlumat verdi ki, Kristofer Ştrasser Nigar Yaqublunun adını siyasi məhbuslar siyahısına salıb". Qeyd edək ki, Nigar Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza törətməkdə ittiham olunur. Onun barəsində Abşeron rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.