Azay Quliyev QHT-hökumət münasibətlərindən razıdır
?Azərbaycanda ötən illərlə müqayisədə QHT-lər xeyli inkişaf edib. Bir neçə il ərzində QHT-lərin dövlətdən dəstək alması onların inkişafa geniş şərait yaradıb?. Bu fikirləri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, bütövlükdə bu gün QHT- hökumət münasibətləri sözün əsl mənasında yeni bir inkişaf mərhələsini yaşayır. Onun sözlərinə görə, buraya həm mənəvi, həm təşkilati, həm də informativ və digər aspektlərdə olan müsbət dəyişiklikləri aid etmək olar.
?Ümumilikdə vətəndaş cəmiyyətinin inkişafına şərait yarada biləcək bütün addımların atılması istiqamətində Şura işləyir, təkliflər verir və əlaqəli şəkildə fəaliyyətini qurur?- deyə Şuranın sədri qeyd edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51