Milli Məclis Gülər Əhmədovanın yerinə namizəd axtarır
Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni rəhbərini seçəcək.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, mandatı ləğv olunmuş Gülər Əhmədovanın rəhbərlik etdiyi Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbərin seçilməsi üçün parlamentin növbəti plenar iclaslarında məsələ qaldırılacaq.
Mia.az Trend-ə istinadən xəər verir ki, plenar iclasda, həmçinin Milli Məclisin İntizam komissiyası katibi vəzifəsinə də yeni təyinat baş tutacaq. Qeyd edək ki, deputat Siyavuş Novruzovun sədrlik etdiyi İntizam komissiyasında katib eks-deputat Gülər Əhmədova idi.
Azərbaycan Mərkəzi Seçki Komissiyası oktyabrın 3-də Xətai II seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Gülər Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı müraciətinə dair qərar qəbul edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08