Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bank bir neçə ay əvvəl lisenziyasını ləğv etdiyi ?Royal Bank? Açıq Səhmdar Cəmiyyətini rəsmən maliyyə sektorundan ?silmək? üçün məhkəməyə müraciət edib. Artın məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Mia.az xəbər verir ki, Mərkəzi Bankın ?Royal Bank? Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi üçün qaldırdığı iddia üzrə məhkəmə işi hazırda Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub, araşdırılır: ?Hakim Valeh Ağayevin sədrliyi ilə işə oktyabrın 30-da baxılacaq?.