Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişli rayonunda səfərdə olub. Prezident orada bir neçə obyektin açılışını edib. Daha sonra ölkə prezidenti Beyləqan rayonuna səfərə gedib. Dövlət başçısı Beyləqan şəhərinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderimizin abidəsini ziyarət etdi. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.