20 oktyabr aksiyasında həbs edilən Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər və digər həbs olunanların bəziləri sərbəst buraxılıb. Mia.az-a verilən xəbərə görə, həbs müddətləri oktyabrın 27-də başa çatan Turqut Qəmbər, Ülvi Həsənli, Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənov axşam saatlarında saxlandıqları təcridxanadan azad olunublar. Xatırladaq ki, adıçəkilənlər ayın 20-də Fəvvarələr Meydanında ?Parlament buraxılsın!? şüarı ilə razılaşdırılmamış etiraz aksiyası keçiriblər.