Oktyabrın 18-də Daxili İşlər Nazirliyinin el arasında ?Bandotdel? kimi məşhur olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Qaraçuxur qəsəbəsində yerləşən ?Yağmur? restoranında keçirdiyi əməliyyat zamanı müəmmalı şəkildə aradan çıxmağı bacarmış kriminal avtoritet ?Yeraz Nəriman? bu gecə xüsusi əməliyyat nəticəsində həbs olunub. Mia.az azpolitika.info istindən xəbər verir ki, avtoritet qaçaq yolla Azərbaycanı tərk etmək istəyərkən elə sərhəddə ?Bandotdel?in əməkdaşları tərəfindən saxlanılıb. Yenicə həbsdən çıxmış kriminal avtoritetə qarşı hüquq-mühafizə orqanlarının hansı ittihamlarının olduğunu hələlik dəqiqləşdirmək mümkün olmayıb.