Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu prezident İlham Əliyevə müraciət edib. Mia.az xəbər verir ki, müraciəti imzalayan qrup üzvləri Novella Cəfərova, Səidə Qocamanlı və Səadət Bənənyarlı prezidentdən oktyabrın 20-də piket keçirən gənclərin həbsdən buraxılmasını xahiş edirlər: ?Hörmətli cənab Prezident! Hüquq müdafiə Təşkilatları Monitorinq Qrupu müsəlman dünyasının müqəddəs Qurban Bayramı ərəfəsində humanistlik göstərərək 20 oktyabr 2012-ci ildə gənclərin keçirməyə cəhd etdikləri aksiyada həbs olunan 12 nəfər gəncin azadlığa buraxılmasını xahiş edir?.