Mia.az "Reytinq" qəzetinə istinadən xəbər verir ki, boşanmadan sonra məhkəmənin qərarı ilə yaşadıqları mənzili Ayla İnsanovaya (Əliyeva) verməyə məcbur olan Polad Əliyev bu günədək nə həmin mənzilin rəsmiləşdirilməsinə, nə də digər mənfəətlərin bölünməsinə şərait yaradıb:
"General oğlunun keçmiş ailəsinə qarşı bu hərəkəti narazılıq doğurub. Buna görə də Ayla İnsanova Polad Əliyevin bu hərəkətindən məhkəməyə müraciət edib. İşə Nərimanov rayon Məhkəməsində baxılıb. İş hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırılır".
Məlumata görə, Məhərrəm Əliyevin oğlunun cavabdeh kimi cəlb edildiyi və Bakı Apellyasiya Məhkəməsində icraata qəbul edilmiş məhkəmə işinə bu həftə start veriləcək: "İşə hakim İsmayıl Vəliyevin sədrlik etdiyi məhkəmə heyəti baxacaq. Həmin prosesdə də Ayla İnsanovanın (Əliyeva) Polad Əliyevdən "Mənzilin rəsmiləşdirilməsi və digər mənfəətlərin bölünməsi"ndən bəhs edən şikayətinə hüquqi qiymət veriləcək".