Bakıda Mərkəzi Univermaqdan brilyant oğurlayan qadın mühaizə polisi tərəfindən həbs edilib. Mia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərkəzi Univermaqda Bakı şəhər sakini Yaqut Dadaşovaya məxsus mağazadan 1 ədəd brilyant üzüyü oğurlamağa cəhd göstərən Rəna Kazımova Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. Aparılmış əməliyyat tədbirləri nəticəsində onun ötən ayın 23-də Mərkəzi Univermaqda Fidan Hacıyevaya məxsus mağazadan da 1 ədəd üzük oğurlaması təsdiqlənib. Xatırladaq ki, Mərkəzi Univermaq deputat Ərəstun Cavadovun nəzarətindədir. O, deputat seçildikdən sonra da buradakı işlərə nəzarəti əldən verməyib.