Salyan rayonu B.Talıblı küçəsində yaşayan Mirəddin Ağayevin öz imzasıyla yazdığı və natorial qaydada təsdiqlətdiyi ərizə üzə çıxıb. Qeyd edək ki, bu ərizəni yazaraq üzərinə öhdəlik götürən və Salyan rayonu 2 saylı natariusunda təsdiqlədən Mirəddin Ağayev ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevitn doğma qardaşıdır. Ərizəçi etiraf edərək yazır ki, mən Bakı şəhər sakini Vaqif Əhmədovdan 2008-ci ilin dekabr ayında 2500 dollar borc pul almışam: ?Öhdəmə götürürəm ki, həmin məbləğdə olan borcumu 2011-ci ilin 01 martına kimi tam ödəyəcəm. Əks halda Vaqif Əhmədov məndən istənilən orqana şikayət edə bilər?. Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev bu ərizəsini 2010-cu ilin dekabr ayının 12-də imzalayıb. Daha sonra isə sənəd natariusda təsdiqlənib. Redaksiyamıza şikayət edən pul sahibi deyir ki, o heç bir halda Mirşahin Ağayevin qardaşından verdiyi pulu, borcunu geri ala bilmir. Və obyektivlik naminə qeyd edək ki, şikayətçi ANS-in vitse-prezidentindən pulunun sadəcə olaraq qardaşına nifuz etməklə geri alınmasında media vasitəsilə yardım istəyir. GUNDEMİNFO.AZ