Əvəz Temirxanın məhkəməsi yenə təxirə düzdü
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın Vəkillər Kollegiyasına qarşı qaldırdığı iddiası üzrə ətyin olunmuş məhkəmə iclası yenə də təxirə salınıb.
Bu barədə mia.az-a daxil olan xəbərdə bildirilir ki, ixtisasca hüquqşünas olan Əvəz Temirxan vəkillik fəaliyyəti ilə məşğul olmaq istəsə də, Vəkillər Kollegiyası onun qarşısına sədd çəkib. Temirxan iddia edir ki, test imtahanı verərək yüksək nəticə göstərməsinə rəğmən, Vəkillər Kollegiyası siyasi mövqeyinə görə növbəti mərhələni keçməsinə imkan verməyib: ?Məhz buna görə də, Əvəz Temirxan Nəsimi Rayon Məhkəməsində Vəkillər Kollegiyasına qarşı ?Vəkillər Kollegiyası üzvlüyünə qəbuldan imtinanın qanunsuz sayılması? tələbi ilə iddia qaldırıb. Amma məhkəmə onu haqlı saymayıb. Əvəz Temirxan da bu qərardan apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsində hakim Raqub Qurbanovun artıq üçüncü prosesdir ki, iş üzrə qərarını verə bilmir?.
Məlumata görə, hakim Raqub Qurbanov oktyabrın 11-ə təyin olunmuş prosesi noyabr ayının 1-ə təxirə salıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08