Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlərin əmək haqları ilə bərabər, tələbələrin təqaüdləri də verilmir. Bu barədə mia.az-a adıçəkilən universitetin tələbələri məlumat veriblər. Onların sözlərinə görə, oktyabrın ortaları olsa da, hələki tələbələr təqaüdlərini ala bilməyiblər: ?Bu haqda soruşanda deyirlər ki, müəllimlər maaşlarını alıblar ki, sizdə təqaüd davası edirsiniz? Bizə deyirlər ki, ayın 20-dək veriləcək. Amma mühasibatlıqdan bu xəbəri də təkzib etdilər. Bildirildi ki, təqaüd üçün noyabr ayının 20-dək gözləməliyik?. Universitetdəki maliyyə sıxıntısının səbəbini dəqiqləşdirmək mümkün olmayıb.