?Azərbaycan Dəmir Yolları? Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov bildirib ki, dəmir yolu xətlərinin kənarında tikilmiş tiklilərdən 883-ü təcili sökülməlidir. Bunların içərisində yaşayış evləri də var. Onun sözlərinə görə, 883 tiklinin siyahısı hazırlanaraq hökumətə təqdim olunub və onlar Nazirlər Kabinetinin qərar verməsindən sonra söküləcək.