Gələn il Azərbaycanda əmək pensiyalarının həcminin artımı gözlənilir. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib. O, deyib ki, gələn il yanvarın 1-dən 2012-ci ilin inflyasiyasına uyğun olaraq pensiyaların sığorta hissəsi indeksləşdiriləcək: ?Bu gün baş verən proseslər göstərir ki, sosial sığorta üzər ödənişlərin həcmi dinamik artır. Bu, pensiyaların baza hissəsinin maliyyə mənbələrinin formalaşdırılması üçün zəmanət yaradır və bu, 2013-cü ildə pensiyaların baza hissəsinin artması haqqında danışmağa əsas verir. Artım DSMF-nin cari ilin yekunları üzrə gəlirlərinin nə qədər artacağından asılı olacaq?. S.Müslümov həmçinin bildirib Ki, Azərbaycanda pensiyaçıların 99.14 faizi pensiyanı kartla alır. Hazırda pensiyanın baza hissəsi 85 manatdır.