Bakının Xətai rayonu ərazisində 10 yaşlı məktəbli itkin düşüb. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, 2002-ci il təvəllüdlü Murad Babayevin itkin düşməsi barədə 36-cı polis bölməsinə oktyabrın 8-də məlumat daxil olub. Hazırda onun tapılması istiqamətində tədbirlər davam etdirilir.