Rüstəm ibrahimbəyovla APA-nın məhkəməsi bazlayır
Tanınmış kinorejissor və ssenarist, ?Ibrus? teatrının rəhbəri Rüstəm İbrahimbəyovla APA İnformasiya Agentliyi arasındakı məhkəmə çəkişməsinin ?ikinci raundu?na start verilir.
Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, kinorejissorla informasiya agentliyinin arasındakı mübahisəyə səbəb Prezident Adminstrasiyasının ictimai ?siyasi şöbənin müdiri Əli Həsənovun müsahibəsi olub: ?Rüstəm İbrahimbəyov hesab edir ki, Əli Həsənovun APA-ya müsahibəsində şərəf və ləyaqəti təhqir olunub. Buna görə kinorejissor məhkəməyə müraciət edərək təkzib verilməsini və mənəvi zərərin ödənilməsini tələb edir?.
Məlumatda bildirilir ki, Rüstəm İbrahimbəyovun şikayətinə əvvəlcə Səbail Rayon Məhkəməsində baxılıb: Lakin həmin məhkəmədə çıxarılan qətnamə qarşı tərəfin xeyrinə olub. Kinorejissor bu qərardan apellyasiya şikayəti verib. Hazırda bu şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrliyi ilə icraata qəbul olunub, araşdırılır?.
Məlumata görə, hakim Tofiq Səmədov şikayət üzrə oktyabrın 11-ə prosesə start verəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08