Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 16:42:50-de Ismayillı şəhərindən 15 km cenubi-şərqdə zəlzələ baş verib. Zəlzələ yaxın ərazilərdə də hiss olunub. Bundan başqa zəlzələ Göyçay, Ucar, Ağsu, Mingəçevir, Sumqayıt və Bakıda da hiss edilib. Zəlzələ nəticəsində dağıntı və insan tələfatı haqqında məlumat yoxdur.