Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov ilə görüşüb. İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün paytaxtımıza gələn qonağı Azərbaycanda salamlayan Heydər Əliyev Fondunun prezidenti tədbirin əhəmiyyətini qeyd edbi, onun işinin səmərəli olacağına əminliyini bildirib. Görüşdə Heydər Əliyev Fondunun Bolqarıstan ilə əməkdaşlığının perspektivləri, gənclər təşkilatları ilə birgə layihələrin həyata keçirilməsi, mədəniyyət sahəsində tədbirlərin təşkili müzakirə edilib.