Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 34 saylı Xətai ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı müraciətinə baxılıb. İclasa komissiya sədri Məzahir Pənahov sədrlik edir. MSK katibi Arifə Muxtarova iclasda bildirib ki, deputat Gülər Əhmədova Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin birinci hissəsinin 5-ci maddəsinə əsasən özü mandatından imtina edə bilər. İclasda MSK Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib.