Deputat Gülər Əhmədova ilə bağlı qalmaqalda M.Ə.Sabir adına şəhər kitabxanasının direktoru Sevinc Babayevanın da adı keçir. Məlum videomaterialda S.Babayeva fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin deputat mandatı qazanması üçün vasitəçilik edən şəxs kimi təqdim olunub. Artıq Sevinc Babayeva hüquq-mühafizə orqanları tərəfindən buna görə dindirilir. Mia.az xəbər verir ki, bunu Modern.az-a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samid Rzayev məlumat verib. Onun sözlərinə görə, S.Babayeva artıq bir neçə gündür ki, işə də gəlmirdi: ?O məlum videogörüntünün yayılmasından sonra hüquq-mühafizə orqanları tərəfindən dindirilir?. S. Rzayev onu da bildirib ki, Sevinc Babayeva artıq işdən də azad olunub: ?Bizimlə müqaviləsi oktyabrın ortalarına qədər idi. O öz işində nöqsanlar buraxdığı üçün biz müqaviləni vaxtını uzatmadıq. Əslində müqaviləyə görə, o, iş başında olmalı idi, artıq işə gəlmirdi?.