?Yehova Şahidləri? Dini İcması və bu icmanın üzvləri Rəşad Niftəliyev, Teymur Vəliyev və digərləri Daxili İşlər Nazirliyi ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, dini təriqət iddia edir ki, nazirlik və komitənin vəzifəli şəxsləri onların fəaliyyətinə problemlər yaradır: ?Bu səbəbdən də dini icma və onun üzləri zərər çəkdiklərini iddia edərək, məhkəməyə müraciət ediblər. Lakin ?Yehova Şahidləri? Dini İcmasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə qaldırdığı iddia təmin olunmayıb. Hazırda icma və onun üzlərinin bu qərardan verdikləri şikayət üzrə Bakı Apellyasiya Məhkəməsində prosesə start verilib?. Məlumata görə, ?Yehova Şahidləri? Dini İcmasınin Daxili İşlər Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərinin hərəkətlərinin qanunsuz hesab edilməsindən bəhs edən şikayətləri Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyevanın sədrliyi ilə araşdırılır: ?Hakim iş üzrə növbəti prosesi sentyabrın 28-ə təyin edib?.