ilham Əliyev: "Biz bölgədə söz sahibiyik"
Bakıda Azərbaycanın xarici ölkələrdəki səfirlərinin 4-cü müşavirəsi keçirilir. Müşavirədə prezident İlham Əliyev giriş nitqi ilə çıxış edib.
İlham Əliyev səfirliklərin sayının çoxalmasını diplomatik uğurları şərtləndirən amil kimi qiymətləndirib. Səfirlər qarşısında duran vəzifələrə toxunan prezident bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan diplomatiyasının bir nömrəli məsələsi olaraq qalır. Tarixi, hüquqi, iqtisadi amillərin mövqeyimizi daha da gücləndirdiyini və bu məsələdə səfirlərin rolunun yüksək olduğunu deyən prezident İlham Əliyev bu cür davam edəcəyi halda Ermənistanın gələcəkdə daha çətin vəziyyətlə qarşılaşacağını bildirib.
?Onların marağındadır ki, əsassız iddialarından əl çəkib, özlərinə məxsus olmayan torpaqlardan çıxsınlar. O zaman bölgədə sülh yaranar, əməkdaşlıq başlayar. Ermənistan da regional məsələlərə qoşula bilər. Biz bölgədə söz sahibiyik. Bundan sonra bu daha da möhkəmlənəcək. Heç vaxt biz imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi-iqtisadi, enerji-nəqliyyat layihəsinə qoşulsun. Biz onları bu hüquqlardan təcrid etmişik. Bunu gizlətmirik. Gələcəkdə də təcridetmə siyasətimiz davam etdirilməlidir! Bu siyasət öz bəhrəsini verir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08