Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ?Aztelekom? İstehsalat Birliyi Nəqliyyat Nazirliyinin ?Azəryolservis? ASC ilə nöbəti məhkəmə instansiyaındakı çəkişmədən də məğlub ayrılıb. Bu barədə mia.az-a verilən məlumatda bildirilir ki, ?Azəryolservis? ASC ?Aztelekom?un sərəncamında olan yeraltı xətləri sıradan çıxarmaqla, rabitə müəssisəsinə iri məbləğdə zərər vurub: ?Lakin deputat Cavid Qurbanovun rəhbərlik etdiyi ?Azəryolservis? vurulmuş zərəri ödəməkdən və ya aradan qaldırmaqdan yayınıb. Yəni ?Aztelekom? belə iddia edir. Ancaq ?Aztelekom?un 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə qaldırdığı iddia təmin olunmayıb Rabitə müəssisəsi birinci instansiya məhkəməsinin bu qərarından apellyasiya şikayəti versə də, sentyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxarılan qərar yenə də ?Azəryolservis?in xeyrinə bitib. Məlumata görə, rabitə müəssisəsi qərardan Ali Məhkəməyə şikayət edəcək.