Sentyabrın 21-də İmişli şəhərindəki yeni tikilmiş evlərdən birində yaşayan Elnur Əliyev qısqanclıq zəminində bıçaqla əvvəlcə arvadı Vəfaya, sonradan isə onunla birgə tutduğu şəhər sakini Cavad Rəfiyevə xəsarət yetirib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Vəfa aldığı xəsarətdən hadisə yerində ölüb, Cavada isə xəstəxanada tibbi yardım göstərildikdən sonra İmişli RPŞ-yə gətirilib. E.Əliyev könüllü olaraq RPŞ-yə gəlib.