Azərbaycan Ordusu növbəti genişmiqyaslı hərbi təlimlər keçirir. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə bütün qoşun növləri - Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti cəlb olunub. Təlimlər müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir.