Azay Quliyev türkiyəli QHT rəhbəri ilə görüzüb
Sentyabrın 18-i Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Türkiyənin Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Göksel Gülbeylə görüşüb.
Görüşdə iki ölkənin qeyri-hökumət təşkilatlarının əməkdaşlığı barədə geniş fikir mübadiləsi aparılıb. G. Gülbey rəhbərlik etdiyi təşkilatın Avropa ölkələrində, Türkiyədə, xüsusilə İqdır bölgəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
A. Quliyev Azərbaycan QHT-ləri və Türkiyə Sivil Toplum Quruluşlarının ölkələrimizə qarşı həm beynəlxalq, həm də regional miqyasda irəli sürülən erməni iddiaları ilə mübarizədə böyük həmrəylik göstərdiyini, amma bu işin davamlı, mütəşəkkil və daha təsirli formalarda aparılmasının zəruriliyini qeyd edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51