Fuad Əliyev Fransalı diplomatlarla görüzüb
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Fransanın Azərbaycandakı səfirliyinin birinci müşaviri Elza Pinyol və ATƏT-in Bakı ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deçlə görüşüb.
Ayrı-ayrılıqda keçən hər iki görüşdə ölkədə gedən siyasi proseslərdən, qarşıdan gələn prezident seçkilərindən, vətəndaşların hüquqlarının pozulmasından bəhs olunub. F.Əliyev onu da qeyd edib ki, onun ABŞ və Avropa səfərləri də diplomatların marağında olduğundan bu mövzuya da toxunulub. Daha sonra diplomatlar iqtidar-müxalifat dialoqundan və 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı ALDP sədrinə suallar veriblər. ALDP sədri TV-lərin müxalifət liderlərinə qoyulan qadağadan da danışaraq müxalifətə meydan vermək üçün internet televiziyalarının sayının çoxaldılmasının və bu məsələdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyinin vacibliyini vurğrlayıb. Diplomatlar bu məsələni də diqqətdə saxlayacaqlarını bildiriblər. Hər iki görüş diplomatların öz təşəbbüsləri ilə olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51