Əli Abbasovla Ziya Məmmədovun nazirlikləri məhkəmədə çəkizir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ?Aztelekom? İstehsalat Birliyi Nəqliyyat Nazirliyinin ?Azəryolservis? ASC-ni məhkəməyə verib.
Bu barədə mia.az-a verilən məlumatda bildirilir ki, yol çəkilişləri və ya yenidən təmiri prosesində ?Azəryolservis? ASC ?Aztelekom?un sərəncamında olan yeraltı xətləri sıradan çıxarmaqla, rabitə müəssisəsinə iri məbləğdə zərər vurub: ?Lakin deputat Cavid Qurbanovun rəhbərlik etdiyi ?Azəryolservis? vurulmuş zərəri ödəməkdən və ya aradan qaldırmaqdan yayınıb. ?Aztelekom?un baş direktoru Məmməd Məhəmmədov da buna görə məhkəməyə üz tutmalı olub?.
Məlumata görə, ?Aztelekom?un 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə qaldırdığı iddia təmin olunmayıb: ?Rabitə müəssisəsi birinci instansiya məhkəməsinin bu qərarını ədalətsiz saydığından apellyasiya şikayəti verib. Şikayətə sentyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə baxılacaq?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08