Liviyanın Benqazi şəhərində ABŞ səfirliyinə edilən hücum zamanı səfir və daha üç əməkdaş öldürülüb. ABŞ-da Məhəmməd Peyğəmbəri təhqir edən filmə etiraz edən kütlənin səfirlik qarşısında raketlə hücuma keçməsi səfirin ölümü ilə nəticələnib. Liviyanın Təhlükəsizlik Komitəsinin sözçüsü Əbdülmünin Əl Hüri açıqlamasında da səfirliyə hücum edən silahlı qrupla Liviya ordusu arasında atışma yaşandığını təsdiqləyib. Hələ ki, səfirin ölümü ilə bağlı rəsmi açıqlama verilməyib.