Müsavat Partiyasının mətbuat və informasiya şöbəsinin rəhbəri Leyla Mustafayeva N.Yaqublunun həbsi ilə bağlı açıqlama verib. Açıqlamada deyilir: ?Sentyabrın 11- də Abşeron Rayon Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının üzvü Nigar Yaqublu həbs edilib. Onun haqqında 2 ay müddətinə həbs - qəti imkan tədbiri seçilib. Nigar Yaqublu avtomobil qəzası nəticəsində ehtiyatsızlıq üzündən cinayət törətməkdə təqsirli bilinir. Nigar Yaqublunun yaxınlarından, vəkilindən həbsin motivləri barədə aldığımız məlumatlar o nəticəyə gəlməyə əsas verir ki, bir sıra mətbuat orqanlarında ciddi və qərəzli təhriflərə yol verilir. İstintaqa aid olan bəzi məsələlər haqqında yanlış məlumatlar yayılır. İstintaq müddətində heç bir zərurət olmadan Nigar Yaqublu haqqında həbs - qəti imkan tədbirinin seçilməsi narahatlıq doğurur?. L.Mustafayeva bildirib ki, Müsavat Partiyası qısa müddətdə olayla əlaqədar rəsmi mövqeyini açıqlayacaq. Musavat.com