Türkiyə prezidenti Abdulla Gülün səhhəti qəfildən pisləşib. Mia.az türk mətbuatına istinadən xəbər verir ki, Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısında iştirak etmək məqsədiylə rəsmi səfərdə olan Abdulla Gülün qulaq nahiyəsində yenidən ciddi problem yaranıb. Səhhətində yaranan problemlə bağı prezident Abdulla Gülün Qırğızıstan ziyarətini təxirə salaraq Türkiyəyə dönəcəyi də bildirilir.