Amerika kinematoqraflarının Məhəmməd peyğəmbəri (s.ə.s) təhqir edən film istehsal etməsindən sonra İslam dünyasında yaranmış gərginlik artmaqda davam edərkən Roma papası 16-cı Benedikt müsəlmanlara və xristianlara müraciət edib. Livanda səfərdə olan Papa Hərisə şəhərində çıxışı zamanı insanları dini barışığa və sülhə səsləyib. "Şərqin xristian kilsələri gələcəyə baxışını indiki hadisələri nəzərə alaraq formalaşdırmalıdır. Kilsələr incil və pastoral istiqamətlənmə vasitəsilə, insanları ilahi və dərin ruhani kefiyyətə səsləməklə mahiyyətin nə olduğunu anlamaq üçün perspektiv açır. Sizi qorxmaz olmağa dəvət edirəm, çünki axirətə kimi Allah və müqəddəs ruh sizinlədir", - deyə Papa sözlərinin ifadə edib. Papa, həmçinin, qeyd edib ki, Livandakı dini tolerantlıq bütün dünyada ibadət əhli üçün nümunə olmalıdır. Onun sözlərinə görə, bütün dinlərdə fundamentalizm prinsipləri həmişə mühakimə olunacaq məsələdir. "Bu və digər səbəblərə görə dinlər arasında səmimi dialoqlar qurmaq çox vacibdir", - deyə Papa əlavə edib.