Ali məktəbə qəbul olan abituriyentlərin adları açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçiminin nəticələrini açıqlayıb.
Ali məktəblərə qəbul olan abituriyentlərin adları TQDK-nın internet saytında (http://www.tqdk.gov.az/Ali2012BM/) yerləşdirilib. Abituriyentlər 7727 nömrəsinə SMS göndərməklə də nəticələri öyrənə bilirlər.
Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında müsabiqə şərtini ödəyən abituriyentlərdən 35 min 893 nəfəri ixtisas seçimi edib. 2 mindən çox abituriyent isə ali məktəbə daxil olmaq şansını itirib. Onlar ixtisas seçimi etməyiblər.
Ümumilikdə ixtisas seçimi etmək hüququ qazanmış abituriyentlərin sayı 38 minə yaxın olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08