Bakı və Bakı ətrafı salınan və ya yenidən təmir olunan yollardakı mənimsəmələrlə bağlı Nəqliyyat Nazirliyinin tabeliyində olan və deputat Cavid Qurbanovun rəhbərlik etdiyi ?Azəryolservis?? ASC-də yoxlama başlayıb. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, ?Azəryolservis? rəhbərliyinin bir sıra maliyyə əməliyyatları şübhəli göründüyündən yoxlamalara start verilib. İnformasiya qaynağının iddiasına görə, bu yoxlamada nəqliyyat naziri Ziya Məmmədovun özünün də maraqlıdır: ?Açıq şəkildə Cavid Qurbanovu bitirmək istəyən qüvvələr var. Və qəribəsi odur ki, nazir Ziya Məmmədovun özü də bu məsələdə maraqlı görünür. Söz yox ki, deputatın rəhbərlik etdiyi qurumda ciddi maliyyə mənimsəmələrinin olduğu istisna deyil. Onu elə korrupsiya faktı ilə bitirmək istədikləri hiss olunur?. Mia.az-a daxil olan məlumatda o da qeyd olunur ki, deputat Cavid Qurbanovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi komissar işləyən qardaşı oğlunun fəaliyyəti də yoxlanılır: ?Onu da Respublika Hərbi Prokurorluğu yoxlayır??. Tərəflərdən münasibət öyrənə bilmədiyimizdən xəbərin bəzi məqamlarını dərc edə bilmədik. ?Azəryolservis? ASC-nin və Cavid Qurbanovun qardaşı oğlunu da dinləməyə hazırıq.