?Milli Məclisin qarşıdan gələn sessiyası ərzində sosial sahə ilə bağlı bir sıra qanun layihələri müzakirə olunacaq?. Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. M.Quliyev bildirib ki, qanun layihələri komitədə aparılan müzakirələrdən sonra parlamentə tövsiyə olunacaq. Onun sözlərinə görə, sosial sahə ilə bağlı layihələr cəmiyyətdə də müzakirə edilir. "Bununla belə, cəmiyyətin sosial sifarişi kimi müvafiq qanunvericiliyə mütəmadi olaraq baxılacaq və zərurət olarsa həmin sənədlər təkmilləşdiriləcək"- deyə, komitənin sədr müavini vurğulayıb.