Müsavat Təbrizdəki zəlzələylə bağlı açıqlama yaydı
Müsavat partiyası Təbriz şəhəri yaxınlığında baş verən zəlzələ ilə əlaqədar açıqlama yayıb. Açıqlamada deyilir:
"Dünən Avqust ayının 11 də Təbriz şəhəri yaxınlığında baş verən güclü zəlzələ nəticəsində ən azı 250 nəfər həlak olub,minlərlə adam yaralanıb. Dörd kənd tamamilə dağılıb, Təbriz şəhərində və ətraf yaşayış məntəqələrində də ciddi dağıntıların olması barədə məlumatlar yayılmaqdadır.
Müsavat partiyası olaraq baş verən faciə ilə əlaqədar kədərləndiyimizii bildirir,zəlzələ nəticəsində həlak olanların yaxınlarına,əzizlərinə və bütün Azərbaycan xalqına baş sağlığı veririk.
Bu ağır gündə həmvətənlərimizin dərdinə şərik olduğumuzu ifadə etməklə yanaşı Azərbaycan hökumətini baş verən faciə ilə bağlı
ləngimədən ciddi tədbirlər görməyə,həmvətənlərimizə yardım məqsədi ilə imkanlardan maksimum istifadə etməyə cağırırıq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51