Daha iki əsgərimizi itirdik
Azərbaycan ordusu daha iki əsgərini itirib. Onlar silahla ehtiyatsız davranma nəticəsində dünyalarını dəyişiblər. sgərlərin adları hələ dəqiqləşdirilməyib. Hadisənin Müdafiə Nazirliyinin Qazax və Lənkəran rayonlarında yerləşən hərbi hissələrində baş verdiyi deyilir.
Müdafiə Nazirliyi baş verən hadisə ilə bağlı hələ ki heç bir açıqlama verməyib.
Əsgərlərdən birinin adı məlum olub. Əsgər Bəhruz Seydulla oğlu Rəhimov hərbçi yoldaşının əlindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Məlumata görə, hadisə avtomat silahı təmizləyərkən baş verib. Ehtiyatsızlıqdan açılan güllə B. Rəhimova dəyib və o aldığı güllə yarasından vəfat edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, B. Rəhimov Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08