Olimpia çempionu Elnur Məmmədli Londonda bu gün mübarizəyə başlayacaq. 81 kq çəki dərəcəsində çıxış edən Pekin Olimpiadasının qalibi mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. E.Məmmədlinin ilk rəqibi kanadalı Antuan Valua-Forte olacaq. Qeyd edək ki, bu gün həmçinin 63 kq çəki dərəcəsində mübarizə aparan qadın cüdoçumuz Ramilə Usubova da tatamiyə çıxacaq. Cüdoçumuz ilk olaraq Özbəkistan cüdoçusu Gülnar Xaıtbayeva mübarizə aparacaq.