Yol polisi sürücülərə müraciət etdi
Bu gün Bakının ən böyük və mərkəzi prospektlərindən olan ?Neftçilər? prospektində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, Əziz Əliyev küçəsilə Neftçilər prospektindı kollektor tikildiiyindən, həmçinin digər kommunikasiya xətləri yeniləndiyindən və yolun abadlaşdırılması işləri getdiyindən mərkəzi yolların bir qismində avtomobillərin hərəkəti dayandırılıb.
Belə ki, ?Azneft? meydanı istiqamətindən prospektə giriş tamamilə qadağan edilib. Prospekt vasitəsi ilə ?Azneft? meydanı istiqamətinə gediş-gəliş isə qismən məhdudlaşdırılıb. Həmçinin Neftçilər prospektindən Yusif Səfərov küçəsinə qədər avtomobillərin hərəkəti dayandırılıb.
V. Əsədov bununla əlaqədar bir daha vətəndaşalrdan xahiş edir ki, həmin istiqamələrə hərəkət üçün alternativ yollardan istifadə etsinlər. ?Əgər imkan varsa, bu günlərdə şəxsi avtomobillərindən də az istifadə etsinlər?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08