Nazirlər Kabineti Səhiyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edib. Müstəqil İnformasiya Agentliyi Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin kollegiyasının iki üzvü Soltan Əliyev və Leyla Seyidbəyova qurumdan çıxarılıb, onları müvafiq olaraq Gülmirzə Poladov və Elmira Əliyeva əvəzləyib. Qərarı Baş nazir Artur Rasizadə imzalayıb. Beləliklə, Səhiyyə Nazirliyinin kollegiyasının üzvləri aşağıdakı səhiyyə işçiləridir: Oqtay Şirəliyev - səhiyyə naziri (sədr) Abbas Vəlibəyov - səhiyyə nazirinin müavini Nigar Əliyeva - səhiyyə nazirinin müavini Elsevər Ağayev - səhiyyə nazirinin müavini Zəkiyyə Mustafayeva - Səhiyyə Nazirliyinin Aparat rəhbəri Niyazi Novruzov - Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Gülmirzə Poladov ? Səhiyyə nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Kamalə Mehdiyeva - Səhiyyə Nazirliyinin Kadr, Elm və Təhsil şöbəsinin müdiri Akif Əlibəyov - Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Elmira Əliyeva - Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Telman İbadov - Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi