Məleykə Abbaszadə valideynlərə müraciət edib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında xarici ölkələrin ali məktəblərinə imtahansız qəbulla bağlı başlanan reklam kampaniyalarına münasibət bildirib. TQDK sədri valideynlərə müraciət edərək onlara bu məsələdə ehtiyyatlı olmağı tövsiyyə edib.
?Türkiyənin 20 universitetinə imtahansız və ödənişsiz əsaslarla azərbaycanlı abituriyentlərin qəbulunun mümkünlüyü ilə bağlı reklamla rastlaşdım. Məlum oldu ki, bu, yalnız 700 bal toplayanlara aiddir. 700-dən aşağı bal toplayanlar isə ödənişli əsaslarla təhsil almalıdırlar. Ona görə də valideynlər bu məsələdə çox diqqətli olmalıdırlar".
Komissiya sədri bir daha valideynlərə müraciət edərək onları ixtisas seçimində ehtiyyatlı olmağa çağırıb.
?Bəzi valideynlər övladlarının ali məktəbə ixtisas seçiminin aparılması üçün müxtəlif işgüzar insanlardan kömək istəyirlər. Amma abituriyentlər özləri bu işi bacara bilərlər. Mən valideynlərə müraciət edirəm ki, TQDK-nın məlumatları əsasında qərar versinlər. Bəllidir ki, bundan sonra heç kimin imtahanda topladığı balda dəyişiklik baş verməyəcək. Ona görə valideynlər bu ballar əsasında övladlarının ixtisas seçiminin aparılmasına yardım göstərsinlər", - deyə M.Abbaszadə vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08