Ramazan ayı ilə bağlı fətva verilib
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası orucluq ibadətinin ? Ramazan ayının başlanması ilə bağlı fətva verib. Ramazan ayının ilk günü miladi təqvimi ilə iyulun 21-ə təsadüf edir. Bu barədə məlumatı QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Qazilər Şurasının bu gün keçirilən toplantısında bu barədə qərar qəbul edilib.
Ayın görünməsindən asılı olaraq Ramazan ? fitrə bayramı miladi təqvimi ilə avqustun 19-u və ya 20-ə düşür. Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayında səbrli olmağa və Allah yolunda xeyirxah işlər görməyə dəvət edib.
QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, və 26-dan 27-nə keçən gecələrə (avqust ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-nə keçən gecə) təsadüf edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08