Prezident İlham Əliyev Arif Ağayevin Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamları ilə Sabir Ağabəyov Azərbaycanın Mərakeş Krallığında, Tunis Respublikasında, Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Qambiya Respublikasında və Portuqaliya Respublikasında, Elman Araslı isə Azərbaycanın İordaniya Haşimilər Krallığında və İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.